Tbilisidə həbsxanada Ukrayna vətəndaşının meyiti aşkarlanıb


19:05     24 Noyabr 2021 21_11_24_1637764420.jpg

Gürcüstanın paytaxtı Tbilisidəki 8 saylı Qldani həbsxanasında məhbus vəfat edib.

Femida.az xəbər verir ki, həmin şəxsin 32 yaşlı Ukrayna vətəndaşı Yeqor Qreqenko olduğu müəyyən edilib.

Onun vəkilinin sözlərinə görə, müdafiə etdiyi şəxs ölümündən öncə bir nəfərlik kameraya köçürülməsinin mümkünlüyü barədə maraqlanıb.

Ukrayna vətəndaşının meyiti ekspertizaya göndərilib.

Qldani həbsxanasında istintaq tədbirləri həyata keçirilir.

Y.Qreqenko son aylar ərzində Qldani türməsində həbs cəzası çəkib.

Açar sözlər:

Oxunub: 229