İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta müqaviləsi müddətsiz bağlanılacaq


19:21     24 Noyabr 2021 21_11_24_1637764510.jpg

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair Azərbaycan Mərkəzi Bankı (AMB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun (İSB) rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.

Femida.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, yeni müqavilənin məzmununa və formasına uyğun olaraq İSB-nin informasiya sistemində edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verilib. Təsdiq olunmuş yeniliklərə əsasən, sığorta müqaviləsi müddətsiz bağlanır və ümumi tərəfdaşlıq müqaviləsi rolunu oynayır. “Sığorta müqaviləsinin qoşması” hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığortaolunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə formasında rəsmiləşdirilir. Sığorta haqlarının ödənilməsi işə götürənin maliyyə qrafikinə uyğun olaraq birdəfəlik və yaxud hissəvi təmin edilir.

Yeniliklər artıq Əmək Müqaviləsi Bildirişi altsistemində yerləşdirilib.

Açar sözlər:

Oxunub: 239