Paşinyan Ermənistanın İrandakı keçmiş səfirini özünə müşavir təyin edib


20:13     24 Noyabr 2021 21_11_24_1637766831.jpg

Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan Nikol Paşinyanın müşaviri təyin edilib.

Femida.az -ın məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Müvafiq qərarı Ermənistan hökumətinin başçısı imzalayıb.

Xatırladaq ki, oktyabrın ortalarında Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin İrandakı səfiri Artaşes Tumanyanı geri çağırıb. Onu Arsen Avakyan əvəzləyib.

1999-2000-ci illərdə Artaşes Tumanyan baş nazirin birinci müavini, daha sonra prezident administrasiyasının rəhbəri postunu tutub.

Açar sözlər:

Oxunub: 452