Bakının bəzi yollarında sürət həddi endirilib


09:33     25 Noyabr 2021 2021/11/79403DDE-E2C1-47BD-AC0A-4CB0EE565FE5_1637822130.png

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Femida.az Bakı Nəqliyyat Agnetliyinə (BNA) istinadən xəbər verir.

"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar", - BNA-dan bildirilib.



Femida.az

Açar sözlər: #BNA    

Oxunub: 600