Metroda qatarın hərəkəti ləngiyib


10:37     25 Noyabr 2021 2021/11/F91A8718-A27B-4182-8B29-26E327A1191B_1637823507.jpeg

Bu gün "Bakı Metropoliteni" QSC-nin “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında hərəkət edən qatar tuneldə dayanıb.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Femida.az -a açıqlamasında bildirib ki, qatarın dayandırılmasına səbəb qapılardan birinə müdaxilə edilməsi ilə bağlı maşinist kabinəsinə siqnal daxil olmasıdır:

“Maşinistlər vaqonlardan birinin qapısının ətalətliyinin pozulması ilə bağlı siqnal alıblar. Təlimata uyğun olaraq qatar dayandırılıb. Burada qapıların açılmasından söhbət gedə bilməz. Ola bilər ki, sıxlıq olub və sərnişinlərin söykənməsi nəticəsində, yaxud vaqona minərkən paltarının qapı arasında qalması səbəbindən bu hal pozulub. Hər bir halda məsələ araşdırılır.

Bu isə ümumilikdə 40-45 saniyə vaxt alıb. “Bakı Metropoliteni”nin təlimatında isə göstərilib ki, 1 dəqiqəyə qədər yubanma olarsa bu yubanma sayılmır. Yəni onu kompensasiya etmək mümkündür”.


Femida.az

Açar sözlər: #Metro    

Oxunub: 399