Salyanda "avtoş"lar saxlanılıb
11:24 25 Noyabr 2021
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az -a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri və sürücülük hüququ olmadan idarə edən sürücülər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılıb.
Bundan əlavə, tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyi edən 8 sürücünün nəqliyyat vasitəsi saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.
Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Femida.az
Oxunub: 671
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”