Ermənistanda virusa yoluxanların sayı 336 mini keçib


12:23     25 Noyabr 2021 2021/11/8A4E3DD3-4325-4F03-86FC-923D1537F1A1_1637831144.png

Ermənistanda son sutka ərzində daha 592 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 336 330 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 40 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 419-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1412 nəfərdir. Aktiv xəstələrin sayı 16 421 nəfər təşkil edir.

Femida.az

Açar sözlər: #Ermənistan   #Virus    

Oxunub: 382