Polis xidməti silahından açılan atəşlə öldü


13:28     25 Noyabr 2021 2021/11/E3F1C9EF-C1CB-4DA1-AA63-86030793D2EF_1637832601.jpeg

Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az -a bildirilib ki, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.


Femida.az

Açar sözlər: #Silah    

Oxunub: 233