Təhsil kreditinin verilməsinə başlanılır - Rəsmi


13:45     25 Noyabr 2021 2021/11/971EE784-7B9C-4DBC-B70E-D7FE515B2C18_1637833766.jpeg

Azərbaycanda təhsil kreditlərinin verilməsi üzrə müraciətlərə başlanılıb.

Femida.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, təhsil-tələbə krediti sistemi təhsil sistemi üçün vacib faktorlardandır.

“Təhsil-tələbə kredit növü uzunmüddətlidir və aşağı faizlə verilir. Bütün ölkələrdə bu kredit növü təhsil göstəricilərini stimullaşdırır. Təhsil tələbə krediti sisteminin yaradılması sosial çətinlikləri aradan qaldıracaq. Bu eyni zamanda dövlətin təhsil sisteminə maliyyə dəstəyinin ayrılması deməkdir. Maliyələşmə mexanizminin təkmilləşdirilməsi baxımından bu vacibdir”.



Femida.az

Açar sözlər: #Təhsil   #Kredit    

Oxunub: 720