Gələn ilin yaşayış minimumu ilə bağlı layihə parlamentin sonuncu oxunuşuna tövsiyə edilib
15:16 25 Noyabr 2021
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
Femida.az -ın xəbərinə görə, toplantının gündəliyinə 10 məsələ daxil edilib.
Əvvəlcə iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “2022-ci il üçün yaşayış minimumu haqqında”, “ 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda komitə üzvlərinin müzakirəsinə təqdim edilib.
Daha sonra isə İnzibati Xətalar Məcəlləsinə, “Sosial sığorta haqqında”,“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”,“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda müzakirə olunub.
Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.
Oxunub: 516
Oxşar xəbərlər
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Gələn ay bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq
- Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır
- Gələn ay Azərbaycanda 9 gün iş olmayacaq
- Gələn həftə şagirdlərin yerdəyişməsi dayandırılacaq
- Gələn il faiz dəhlizi parametrlərinə dair qəbul ediləcək qərarların qrafiki açıqlanıb
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb