Salyanın baş memarının məhkəməsi başlayıb


17:12     25 Noyabr 2021 21_11_25_1637841822.jpg

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanın baş memarı, Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri işləmiş Teyyub Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Femida.az -ın xəbərinə görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, T.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 320