Gəncədə oğurluq edən şəxslər saxlanılıb
18:47 25 Noyabr 2021
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.
RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Bundan başqa, Nizami RPİ-nin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yüksək mərtəbəli binanın damından ümumi dəyəri 1 244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullyev saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs oğurladığı əşyaları taksi sifariş edərək apardığını daha sonra isə həmin əşyaların bir qismini satdığını etiraf edib
Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.
Oxunub: 762
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb