İlham Əliyev Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul edib
20:09 25 Noyabr 2021
Prezident İlham Əliyev noyabrın 25-də Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Femida.az xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulanıb. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirilib və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunulub. Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Aleksandr Sergeyev Rusiya Federasiyasının Elmlər Akademiyasının xatirə medalını Prezident İlham Əliyevə təqdim edib.
Oxunub: 506
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib