Narkotik satan qardaşlar saxlanılıb


11:46     26 Noyabr 2021 2021/11/0682CAB1-71C4-410D-A147-F4EE278CDA8E_1637916704.png

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az -a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb.

Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib. Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri - Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb. Hal-hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 509