İlham Əliyev üçtərəfli görüşdə iştirak üçün Soçiyə getdi


12:59     26 Noyabr 2021 2021/11/77196632-B320-4076-913A-FB795CF2E21F_1637917962.png

Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.





Femida.az

Açar sözlər: #Prezident   #İlhamƏliyev    

Oxunub: 688