Həkim: “Hamilə qadınlar toylarda və digər yığıncaqlarda iştirak etməməlidirlər”


16:14     26 Noyabr 2021 21_11_26_1637925630.jpg

“Hamilələrin toy mərasimləri və digər yığıncaqlarda iştirakı düzgün deyil”.

Femida.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti” proqramında deyib.

O qeyd edib ki, işləyən hamilə qadın iş yerində digər şəxslərlə sosial məsafəni qorumalıdır: “Eyni zamanda hamilələr dügzün qidalanmalı, təmiz havada çox vaxt keçirməlidir”.

T.Həsənova bildirib ki, COVID-19 virusu hamilələrin doğuş prosesinə dolayısı ilə təsiri var: “Təbii ki, normal doğuş mümkündür. Əgər hamilələrdə xəstəlik ağırdısa o zaman qeysəriyyə üçün göstəriş olur. Hamiləlik zamanı qanı durulaşdırmaq üçün verilən dərman doğuşdan sonra müəyyən çətinlik yarada bilər”.

Açar sözlər:

Oxunub: 443