Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib


19:59     26 Noyabr 2021 21_11_26_1637938534.jpg

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Voleybol Federasiyasının (AVF) hesabat-seçki konfransı keçirilib.

Femida.az -ın məlumatına görə, konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Sonra AVF-nin hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.

Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. C.Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev I vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident, Nicat Quliyev və Kamal Hüseynli AVF İdarə Heyətinə üzv seçiliblər.

Konfransda həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 700