Prezident İlham Əliyevin Soçi səfəri Türkiyə mediasında


14:16     27 Noyabr 2021 2021/11/98A9CEC3-16E8-48E4-9268-4D68C1D20C2E_1638008340.png

Prezident İlham Əliyevin noyabrın 26-da Soçi şəhərinə səfəri, dövlətimizin başçısının keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə Bəyanatı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Femida.az xəbər verir ki, Anadolu Agentliyi Azərbaycanın dövlət başçısının Soçi səfərindən bir çox məqamları müxtəlif dillərdə təqdim edib.

“TRT Haber”, “Haber Global”, “TRT Avaz” telekanalları, “Sabah”, “Milliyet” qəzetləri və digər media qurumları Prezident İlham Əliyevin Soçi səfərini mühüm tarixi hadisə kimi dəyərləndirib. Mövzu ilə bağlı xəbərlərdə keçmiş münaqişənin yaranma səbəbləri, regiondakı yeni geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verilir. Həmçinin dövlət və hökumət başçılarının çıxışlarından mühüm məqamlar ictimaiyyətə çatdırılır.

Türkiyə mediası Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla yazır: “Görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı Bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib”.









Femida.az

Açar sözlər: #Prezident   #Soçi   #Türkiyə-mediası    

Oxunub: 693