Kürdəmirdə mikroavtobus aşıb, 10 nəfər yaralanıb - SİYAHI


15:28     27 Noyabr 2021 21_11_27_1638012620.jpg

Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanların sayı 10-a çatıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində Tərtər rayon sakini, 56 yaşlı İsmayılov Ələkbər Hüseyn oğlu, Bərdə rayon sakinləri - 45 yaşlı Quliyev Fəqan Əli oğlu, 50 yaşlı Məmmədova Mehparə Hüseyn qızı, 6 yaşlı Quliyeva Validə Fəqan qızı, Göyçay rayon sakinləri - 69 yaşlı Qəhrəmanov Fikrət Şəmi oğlu, 35 yaşlı Mizəffərova Tünzalə Ramiz qızı, Ağdaş rayon sakinləri - 33 yaşlı Mizəffərov Samir İldırım oğlu, 6 yaşlı Mizəffərli Xəyyam Samir oğlu, Bakı şəhər sakinləri 32 yaşlı Hacıyeva Sənubər İsa qızı, 2021-ci təvəllüdlü Hacızadə Fəridə Camal qızı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 376