Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb


17:44     27 Noyabr 2021 21_11_27_1638018374.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 617 yeni yoluxma faktı qeydə alınıb, 1 979 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 584 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 333 nəfər müalicə olunaraq sağalıb, 7 789 nəfər vəfat edib. 26 999 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 982, bu günə qədər isə ümumilikdə 5 509 701 test icra olunub.

Açar sözlər:

Oxunub: 531