Fransanın şimalında quş qripi ocağı aşkarlanıb


18:13     27 Noyabr 2021 21_11_27_1638022453.jpg

Fransanın şimalında yerləşən Nor əyalətinin Varam şəhərindəki quş fermalarından birində quş qripinin yayıldığı qeydə alınıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlik bununla əlaqələr olaraq quş fermalarına müraciət edərək, onları bioloji təhlükəsizliyin təmin olunması qaydalarına riayət etməyə çağırıb.

Xatırladaq ki, ilin əvvəlində Fransada quş qripi virusunun 400-dək ocağı aşkarlanıb. Epidemiyanın qarşısını almaq üçün 3,5 milyondan çox ördək və toyuq məhv edilib.

Açar sözlər:

Oxunub: 316