Almaniyada koronavirusun yeni “omikron” ştamı aşkarlanıb


19:25     27 Noyabr 2021 21_11_27_1638023165.jpg

CAR-dan qayıtmış Almaniya vətəndaşında koronavirusun yeni “omikron” ştamı aşkarlanıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hessen əyalətinin sosial işləri naziri Kay Klose məlumat verib.

O, yoluxmuş şəxsin təcrid olunduğunu bildirib.

Xatırladaq ki, Afrikanı cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırıb.

Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 312