Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb


20:18     27 Noyabr 2021 21_11_27_1638023530.jpg

Polis əməkdaşları Bakı şəhərində 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində xüsusi karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə nəzarət-profilaktik tədbirlər keçirib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nəticədə bir neçə obyektdə, o cümlədən Səbail rayonunda “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarının pozulması halları aşkar edilib.

Adları çəkilən obyektlərin icarədarları və karantin qaydalarına nəzarət etməli olan məsul əməkdaşları barədə inzibati protokollar tərtib olunub.

Paytaxt Bakı və bölgələrdə karantin qaydalarının pozulması hallarına qarşı polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 323