İdmançımız pauerliftinq idman növü üzrə bürünc medal qazanıb


20:54     27 Noyabr 2021 21_11_27_1638024924.jpg

Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Zəhra Dadaşova Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Femida.az bu barədə Komitəyə istinadən xəbər verir.

Qeyd edək ki, Z.Dadaşova gənclər arasında keçirilən yarışda iştirak edib.

O, pauerliftinq idman növü üzrə dünya çempionatında 52 kq ağırlıq qaldıraraq 3-cü yerə sahib olub.

Açar sözlər:

Oxunub: 300