"Xarici borcu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq" - İlham Əliyev


13:15     28 Noyabr 2021 2021/11/E6472060-0EA6-43CD-B1D6-A59D03730C13_1638092597.png

"Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır".

Femida.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Dövlət başçısı bildirib: "Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq".


Femida.az

Açar sözlər: #İlhamƏliyev    

Oxunub: 629