"Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək" - Ərdoğan


14:12     28 Noyabr 2021 2021/11/783652FF-D8CA-4090-AA96-32BA4045A6C5_1638094886.png

"Qardaş Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülh və sabitliyin qapılarını açıb".

Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

"Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir. Bu addımlar bölgədə normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir",- Ərdoğan bildirib.

Türkiyə lideri, həmçinin bölgənin nəqliyyat dəhlizləri, eləcə də Zəngəzur dəhlizinin önəmi barədə fikirlərini bölüşüb.



Femida.az

Açar sözlər: #Ərdoğan    

Oxunub: 506