Füzulidə 2 hərbçi minaya düşdü


14:26     28 Noyabr 2021 2021/11/22E3B253-2C17-4D02-AFAF-3E01D3EFD2F9_1638095020.png

Füzuli rayonunda Daxili Qoşunların iki hərbçisi minaya düşüb.

DİN Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.

İki hərbçi rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda həkim nəzarəti altındadırlar. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər: #Mina   #Füzuli    

Oxunub: 969