Qazaxda 41 yaşlı qadın bıçaq xəsarəti alıb


15:59     28 Noyabr 2021 21_11_28_1638099434.jpg

Qazax rayonunda qadın bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ürkməzli kəndində qeydə alınıb. Qarın nahiyəsindən bıçaq xəsarəti alan 1980-ci il təvəllüdlü V.Zeynalova xəstəxanaya yerləşdirilib.

Onun özünə xəsarət yetirdiyi bildirilsə də məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 294