Dünyaca məşhur azərbaycanlı musiqiçinin qızı Moskvada xəstəxanaya yerləşdirilib


20:09     28 Noyabr 2021 21_11_28_1638112213.jpg

Dünyaca məşhur violonçel ifaçısı, dirijor, musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, XX əsrin dahi violenç ifaçılarından biri, SSRİ Xalq artisti, Bakıda doğulmuş Mstislav Rostropoviç (27.03.1927 - 27.04.2007) və opera müğənnisi Qalina Vişnevskayanın qızı Olqa Rostropoviç Moskvada xəstəxanaya yerləşdirilib.

Femida.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qadın evdə yıxılıb. Bu zaman onun barmaqları zədələnib və huşunu itirib. Olqa Rostropoviç xəstəxanaya çatdırılıb, yüksək qan təzyiqi ilə Kardiologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Olqa Rostropoviç atasının yaratdığı Mədəni və Humanitar Proqramlar Fondunun prezidenti, Vişnevskaya Opera Oxuma Mərkəzinin rəhbəridir. Musiqi və mədəni tədbirlərdə fəal iştirak edir: o, beynəlxalq “Şelkunçik” müsabiqəsinin münsiflər heyətinin üzvü olub, Çaykovski adına XV Beynəlxalq Musiqi Müsabiqəsinin təşkilatçısıdır.

Açar sözlər:

Oxunub: 595