Sumqayıtda mənzildən meyit tapılıb


09:12     29 Noyabr 2021 2021/11/3EE3A004-CDD5-4406-B64D-9C39573FF9CC_1638165281.png

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Femida.az -a FHN-dən məlumat verilib. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Femida.az

Açar sözlər: #Meyit    

Oxunub: 464