“COVID-19” pasportu olmayan 595 nəfər şənliyə buraxılmayıb


10:27     29 Noyabr 2021 2021/11/6A780CC6-0460-4C8F-9D36-5A87693825D9_1638169845.jpeg

27-28 noyabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1178 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, monitorinq 1154 şadlıq sarayında, 24 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 33 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 595 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Femida.az

Açar sözlər: #COVID-19    

Oxunub: 369