Kanadada "Omikron"a iki yoluxma aşkar edilib


10:59     29 Noyabr 2021 2021/11/D3A21980-91E3-4BE2-AEB2-2C590E60C0A0_1638171080.jpeg

Kanadanın Ontario əyalətində koronavirusun yeni “Omikron” ştammına iki yoluxma aşkar edilib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Noyabrın 28-də Ontario əyalətində COVID-19-un “Omikron” ştammına iki yoluxma halı təsdiqlənib. Hər iki hal Nigeriyadan yeni gəlmiş şəxslərdə müəyyən edilib”, - açıqlamada

Mütəxəssislər hazırda yoluxmuş şəxslərin bütün mümkün təmaslarını izləyirlər və xəstələr karantinə alınıb.

İlk olaraq Cənubi Afrikada qeydə alınan yeni ştamm artıq bir sıra Avropa ölkələrində - Almaniya, Çexiya, İtaliya, İngiltərə, Niderland və Belçikada da müəyyən edilib. Həmçinin, virusun bu variantına yoluxma halları Honq-Konq, İsrail və Avstraliyada aşkarlanıb.

"Omikron" koronavirusun digər variantlarından daha yoluxucu olması ilə fərqlənir. Onun tərkibində 32 mutasiya var.

Femida.az

Açar sözlər: #Omikron   #Kanada    

Oxunub: 575