Azərbaycanda Avro-5 yanacağının istehsal olunacağı tarix açıqlandı


11:37     29 Noyabr 2021 2021/11/DE3DA803-B53E-46CF-A568-D4CDE7D01DB2_1638174090.jpeg

2022-ci ilin II rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda Avro-5 standartına uyğun dizel yanacağının istehsalı planlaşdırılır.

Femida.az xəbər verir ki, SOCAR-ın layihələr üzrə meneceri Emil Alxaslı deyib. O bildirib ki, hazırda layihə işlərinə başlanılıb.

"Cari mərhələ üzrə işlərin 2023-cü ildə başa çatması planlaşdırılır. İnşaatın pik dövründə tikintiyə cəlb olunan işçi sayı 9 500-dən çoxdur. Burada 50-dən çox yerli və xarici podratçı şirkətlər işləyir. Zavodda 190-dan çox beynəlxalq və yerli avadanlıq istehsal olunacaq".

E.Alxaslı qeyd edib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda 3 200-dən çox işçi işləyir. O qeyd edib ki, zavod ölkədə fəaliyyət göstərən əsas neft kimyəvi müəssisələrinin əsas xammal təminatçısıdır.

Femida.az

Açar sözlər: #Dizel    

Oxunub: 416