Bakıda davada qətl törədən 3 qardaş tutulub


12:58     29 Noyabr 2021 2021/11/0A0DF4E8-CD54-4BCF-862E-BBC0890116CF_1638178822.jpeg

Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər.

Femida.az

Açar sözlər: #Həbs    

Oxunub: 458