DİN sürücülərə müraciət edib
13:57 29 Noyabr 2021
"Ehtiyatsızlıq can alır, öldürür, yetim qoyur, şikəst edir, bədbəxt edir".
Bunu Femida.az -a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb: "Bu faktlı hadisələrin miqyasına baxaq - ibrət var. Hara tələsirdilər?! Ağırdır. Təskinliyi yoxdur. Analar övladsız, övladlar atasız, ailələr başsız qaldı. Varmı onları əvəz edəcək kimsə? Yoxdur.
Yol polisini görəndə sürəti azaldır. Qorxur ki, məsuliyyətə cəlb ediləcək? Bəs bu özündən sonra gözü yaşlı qoyduqlarının taleyi necə olacaq?".
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”