Cəbrayılda təmir-tikinti işləri aparan şəxs minaya düşüb, ayağı amputasiya olunub


17:38     29 Noyabr 2021 21_11_29_1638190249.jpg

Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb.

Bu barədə Femida.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 419