Qazaxıstan və Azərbaycan hökumət auditi sahəsində əməkdaşlığı müzakirə edib


19:15     29 Noyabr 2021 21_11_29_1638195326.jpg

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, hökumət auditi sahəsində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Femida.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, müzakirələr 29 noyabr 2021-ci il tarixində keçirilmiş görüş zamanı baş tutub.

"Diplomat Hesablama Palatasının rəhbərliyinə və kollektivinə qardaş xalqların və dövlətlərin naminə Qazaxıstan tərəfi ilə uzun müddətdir davam edən qarşılıqlı əməkdaşlıq və məhsuldar tərəfdaşlığa görə minnətdarlığını ifadə edib, Vüqar Gülməmmədova "Qazaxıstan Respublikasının respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin 25 illiyi" medalını təqdim edib”,- səfirliyin paylaşımında deyilir.

Açar sözlər:

Oxunub: 359