Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb


19:30     29 Noyabr 2021 21_11_29_1638195409.jpg

"Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik edəcəyini istisna etmir".

Femida.az “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Türkmənistana işgüzar səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı bildirib.

Ukrayna ilə Rusiya sərhədindəki vəziyyətin təhlükəli həddə çatması və Türkiyənin iki ölkə arasında vasitəçilik etməsi ehtimalına dair suala cavab verən dövlət başçısı deyib:

“Bizim mövqeyimiz bəllidir. Xüsusilə başda Krım türklərilə əlaqədar yanaşma olmaq şərtilə bölgədə barışın olmasına tərəfdarıq. Dost Rusiya və xüsusilə cənab Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik və edirik də. Arzumuz odur ki, bu bölgə müharibənin yox, sülhün hakim olduğu bölgə olaraq gələcəyə yürüsün. Bununla bağlı vasitəçilik olar, tərəflərlə müzakirələr olar. İstər Ukrayna ilə, istərsə də cənab Putinlə müzakirələri davam etdirərək, gələcəkdə məsələnin həllində bizim də payımızın olmasını istərdik”.

Açar sözlər:

Oxunub: 430