Daha 2 məktəbdə əyani dərslər bərpa olundu


10:32     30 Noyabr 2021 2021/11/7C79AA46-7808-4C23-AD7C-1A01913D437E_1638256038.png

Paytaxtdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az -a verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Femida.az

Açar sözlər: #Məktəb    

Oxunub: 483