COVID-19 pasportu olmayan 91 nəfər şənliyə buraxılmayıb


11:13     30 Noyabr 2021 2021/11/22823D39-5842-4377-AB83-B90A81253FF1_1638260769.png

Noyabrın 29-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 177 toy şənliyinin monitorinqini həyata keçirib.

ŞDİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, monitorinq 173 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 12 obyekt sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 91 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


#DİN,

Açar sözlər:

Oxunub: 255