General Zas: “KTMT-nin məsuliyyəti zonasında vəziyyət kəskinləşir”
11:53 30 Noyabr 2021
Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı (KTMT) kollektiv təhlükəsizlik Şurasının və KTMT parlament assambleyasının 14-cü plenar iclasının birgə yığıncağında iştirak edən KTMT-nin Baş katibi Stanislav Zas qurumun məsuliyyəti zonasında vəziyyətin gərginləşdiyini vurğulayıb. Bu barədə KTMT-nin rəsmi saytında məlumat dərc olunub.
Femida.az xəbər verir ki, yığıncaq iştirakçılarına müraciətində general Zas parlament meyarının KTMT-nin mütərəqqi inkişafında ildən-ilə daha əsas vaktora çevrildiyini bildirib. O, kollektiv təhlükəsizliyə çağırışlara və təhdidlərə qarşı fəaliyyət üzrə qurumun kollektiv təhlükəsizlik Şurasının sentyabrda keçirilən sessiyası barədə məlumat verərək, KTMT-nin məsuliyyət zonasındakı hərbi-siyasi vəziyyətin davamlı şəkildə kəskinləşməsi tendensiyasını içştirakçıların nəzərinə çatdırıb.
General Zas ABŞ və NATO-nun qruplaşmalarının və hərbi infrastrukturlarının Şərqi Avropa regionunda gücləndirilməsini, KTMT-nin qərb sərhədlərində hərbi təlimlərin intensivliyinin artırılmasını və cənub-şərqi Ukraynada gərginliyi xüsusi olaraq vurğulayıb.
Femida.az
Oxunub: 748
Oxşar xəbərlər
- Azərbaycan lideri: "Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz"
- KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
- Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək
- KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb
- Ermənistanın KTMT fiaskosu – təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir
- KTMT: “Ermənistan-Azərbaycan sərhədindəki gərginlik siyasi və diplomatik yolla həll edilməlidir”
- Tacikistanda KTMT ölkələrinin hərbi təlimləri başlayıb
- KTMT-nin baş katibi Ermənistanda səfərdədir
- Rəsmi Bakıdan Yerevanın sərhəddəki vəziyyətə görə KTMT-ya müraciətinə münasibət
- KTMT: Rəsmi Bakının Ermənistana ərazi iddiası yoxdur