Zabratda döyülən şəxs xəstəxanada öldü


13:15     30 Noyabr 2021 2021/11/406E5913-2AD6-49F1-9531-29B6282AE999_1638264394.jpeg

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
Femida.az a verilən məlumata görə, araşdırmalarla onun həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimov tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib. Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstaxanada ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Femida.az

Açar sözlər: #Zabrat    

Oxunub: 478