Türkiyə XİN və Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib
14:47 30 Noyabr 2021
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib.
Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında paylaşım edib.
"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar arzulayır, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik", - deyə qeyd olunub.
Türkiyənin Xarici İşlər Nazirliyi də (XİN) Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Bu barədə Türkiyə XİN-in saytında bildirilib.
“Azərbaycanın Xızı rayonunda “Qaraheybət” poliqonunda təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğramasını, qəzada şəhid və yaralıların olduğunu dərin kədərlə öyrəndik. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - qeyd olunub.
Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 təyyarəsi və 1 helikopteri məhv edilib"
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 helikopteri və 5 PUA-sı məhv edilib"
- KİV: "ABŞ helikopterləri artıq Ukraynadadır"
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- Ukrayna Baş Qərargahı: "Ötən gün Rusiyanın 10 tankını, 3 helikopterini məhv etmişik"
- Ukrayna MN: "Son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter və 5 PUA-sı vurulub"
- Ukraynadan gözlənilməz həmlə: Döyüş helikopterləri hücuma keçdi