Goranboyda yol qəzasında 5 nəfər xəsarət alıb


16:30     30 Noyabr 2021 21_11_30_1638273830.jpg

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Safıkürd kəndi ərasində qeydə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan 2 "Mercedes" markalı avtomobilllərin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. Xəsarət alanlar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 451