Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
18:33 30 Noyabr 2021
Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan hərbi helikopterinin qara qutusu tapılıb.
Bu barədə Femida.az-a Baş Prokuorluqdan məlumat verilib.
"Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır", - qurumdan bildirilib.
Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Oxunub: 447
Oxşar xəbərlər
- Qəzaya uğrayan turist qopmuş əlini xəstəxanaya gətirdi
- Qəzaya düşən döyüş təyyarəsinin pilotlarının meyiti tapıldı
- Qəzaya uğrayan maşının sürücüsünü FHN xilas etdi
- Qəzaya uğrayan təyyarə pilotlarının son sözləri: Qara qutulardakı SƏSLƏR– VİDEO
- Qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı
- Qəzaya uğrayan hərbi təyyarəmizin bəzi hissələri sudan çıxarılıb
- Qəzaya düşən sürücü xəstəxanada ölüb
- Qəzaya uğrayan yük gəmisi ilə bağlı FHN-dən açıqlama
- Qəzaya düşən jurnalisti aparan təcili yardım aşdı -Tanınmış aparıcı öldü
- Qəzaya düşən şəxs xəstəxanada ölüb