Gürcüstanda narkotik satan Azərbaycan vətəndaşı saxlanılıb


12:59     01 Dekabr 2021 21_12_01_1638347532.jpg

Gürcüstanın paytaxtı Tbilisi və Poniçala qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxslərdən biri 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır.

İstintaqla təqsirləndirilən şəxslərin sistematik olaraq vətəndaşlara heroin və digər narkotik vasitələr satdığı müəyyən olunub.

Onları 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 447