Rusiyada bir gündə 1 226 nəfər koronavirusdan ölüb


14:18     01 Dekabr 2021 21_12_01_1638349797.jpg

Rusiyada son bir gündə daha 32 837 nəfərə COVID-19 diaqnozu qoyulub.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 669 718 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 226 nəfər artaraq 276 419-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 364 932 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 296