Bu il 654 nəfər İİV-ə yoluxub


17:23     01 Dekabr 2021 2021/12/1E6FC9B8-F100-4B46-A684-13B7B4C2B2E6_1638368348.jpeg

“Azərbaycanda bu gün İİV-lə (immun çatışmazlığı virusu) yaşayanların sayı 7867 nəfərdir. Bunların 70 faizi kişilər, 30 faizi qadınlardır”.

Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİSÇ-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib. O bildirib ki, cari ilin 11 ayın da ərzində 654 nəfərdə yoluxma təsdiq olunub.
“Onların 635 nəfəri Azərbaycan vətəndaşı, 19 nəfəri əcnəbilərdir. Bunlardan 432 nəfəri kişi, 302-si qadındır”.

F.Məmmədov qeyd edib ki, 7867 xəstədən 78 faizi 25-49 yaş qrupunda olanlar, 2 faizə qədəri isə 17 yaşa qədər uşaqlardır.



Femida.az

Açar sözlər: #İİV    

Oxunub: 489