Ötən ay Qarabağda 610 mina aşkarlanıb
17:42 01 Dekabr 2021
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan Femida.az -a verilən məlumata görə, noyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 256, tank əleyhinə 354 mina və 223 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 4 145 456 m² (414 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2020-ci ilin noyabrın 10-dan cari ilin noyabrın 30-dək isə piyada əleyhinə 10 456, tank əleyhinə 4 683 mina və 12 659 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 63 583 085 m² (6 358 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Femida.az
Oxunub: 714
Oxşar xəbərlər
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Bakıda ödəmə terminalından pul oğurlanıb
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- XİN: "Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub"
- Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
- Nazir: “Azərbaycan minimum pensiyanın nominal indeksinə görə MDB-də 1-ci yerdədir”
- Ötən ay azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb