Azərbaycanda QİÇS-dən ölənlərin sayı azalıb


18:47     01 Dekabr 2021 2021/12/970728E6-AE45-40D1-A699-1CB1B40197F4_1638385897.jpeg

"Azərbaycanda QİÇS-dən ölənlərin sayı ötən illərlə müqayisədə iki dəfəyə qədər azalıb"

Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Nazirlik rəsmisi bildirib ki, 2018-lə müqayisə etsək sayda azalma var: “Bu da antiretrovirus terapiyanın üstünlüyü ilə əlaqəlidir”.

F.Məmmədov qeyd edib ki, ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir:

"İl ərzində müxtəlif kəskin fərq etməyən rəqəmlər qeydə alınır. Bu epidemioloji sıçrayışlar deyil. Rəqəmlər stabildir".


Femida.az

Açar sözlər: #QİÇS    

Oxunub: 703